Böyük Britaniya hökuməti ölkədə seçki hüququna sahiblik yaşını 16 yaşa endirməyi planlaşdırır.
Britaniya hökuməti 16-17 yaşlı şəxslərin ölkədə keçirilən bütün seçkilərdə səsvermə hüququna malik olması üçün qanun qəbul etmək niyyətindədir.
Britaniya Baş nazirinin müavini Angela Rayner burada məqsədin “daha çox insanın demokratik proseslərdə iştirakını təmin etmək” olduğunu bəyan edib.
Qeyd edək ki, Britaniyada 2024-cü ildə parlament seçkilərində seçici iştirakı 59.7 təşkil edib ki, bu da 2001-ci ildən bəri ən aşağı göstərici hesab olunur.