7 C
Baku
Monday, February 6, 2023

Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.

Bu barədə mədən şirkətindən bildirilib. Məlumata görə, “Anglo Asian” Gədəbəydəki Gilar yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib. Şirkət “Gilar”da şaquli qazma nəticəsində bu nəticəyə gəlib. Bildirilib ki, altı minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb.

“Ən son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır”,- deyə “Anglo Asian”dan bildirilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

639199acb93ae639199acb93af1670486444639199acb93ac639199acb93ad

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X