Britaniya şirkəti MBNP-nin qərarından narazıdır – Apellasiyaya müraciət edib

0

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan, Qazaxıstan və Birləşmiş Krallıqda fəaliyət göstərən “Laser Gulf Fabrication Limited” Şirkətini cərimələyib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilnməsinə dair 1559 ABŞ dolları məbləğində cərimələnib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

8 iyul 2019-cu il tarixində Səbail Rayon Məhkəməsinə verilən qərardan şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Bundan əlavə digər qərarla, “Arash Medical Company” eyni maddə ilə cərimələnməklə 12.264 ABŞ dolları məbləğində və “İdrak Texnoloji Transfer ” MMC-nin 3232.8 ABŞ dolları məbləğində cərimələnib.

Qeyd edək ki, bu maddəyə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə olunur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.