27 C
Baku
Thursday, July 18, 2024

Britaniya şirkəti Qaradağ yatağındakı mis ehtiyatının həcmini açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Gədəbəydə yerləşən Qaradağ yatağının mis ehtiyatının 300 min ton olduğunu açıqlayıb.

Bunu “Anglo-Asian Mining”in vitse-prezidenti Stiven Vestxed deyib. O bildirib ki, şirkət Qaradağ yatağında kifayət qədər mis minerallaşması təmin etməklə hasilat profilini əhəmiyyətli dərəcədə artıracaq. Bu, “Anglo-Asian”ın artan mis aktivləri portfelinə mühüm əlavədir.

“Bu, ilkin qiymətləndirmə olsa da, biz “Qaradağ”ın ildə 20-25 min ton mis istehsal edə biləcəyinə inanırıq”,- deyə Stiven Vestxed əlavə edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər