12 C
Baku
Thursday, December 5, 2024

Britaniya şirkəti Ukraynada müdafiə təyinatlı məhsullar istehsal edəcək

Böyük Britaniyadan olan müdafiə şirkəti BAE Systems Ukraynada müdafiə istehsalına başlayacaq.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında məlumat verib.

“Böyük Britaniyanın BAE Systems müdafiə şirkətinin nümayəndələri ilə görüş… Biz Ukraynada istehsalın lokallaşdırılmasını müzakirə etdik. Ukraynada BAE Systems ofisinin, daha sonra isə şirkətin məhsullarının təmiri və istehsalı üçün obyektlərin açılması üzrə işə başlamaq barədə razılığa gəldik”, – deyə məlumatda bildirilir.

Zelenski əlavə edib ki, Ukrayna BAE Systems məhsullarının müxtəlif növlərinin təmiri və istehsalı üçün əsas regional mərkəz olmaq niyyətindədir.

Daha əvvəl Almaniyanın Handelsblatt nəşri yazmışdı ki, Rheinmetall konserni birbaşa Ukraynada zirehli texnikanın təmiri və istehsalı üzrə Ukroboronprom ilə birgə müəssisə təsis edib .

Mayın 10-da Almaniyanın Rheinmetall müdafiə konserninin rəhbəri Armin Papperger bildirib ki, şirkət yaxın bir neçə həftə ərzində Ukraynada tank, mərmi və hava hücumundan müdafiə vasitələrinin birgə istehsalına dair Ukrayna şirkətləri ilə razılaşma əldə etməyi gözləyir .

 

Son xəbərlər
Digər xəbərlər