19 C
Baku
Monday, April 22, 2024

Britaniya şirkətinin Azərbaycandakı qızıl hasilatı 14% azalıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti 2022-ci ilin ikinci rübü üçün göstəricilərini açıqlayıb.

Banker.az xəbər verir ki, şirkət ilin ilk yarısında 20 906 unsiya qızıl istehsal edib. Bu da illik müqayisədə 14% kiçilmə dinamikasıdır. İlin ilk yarısında istehsal etdiyi qızılın 10 866 unsiyası ikinci rüb (aprel-iyun) aylarının payına düşüb.

Qeyd edək ki, hazırda birjalarda qızılın COMEX spot qiyməti 1 720-1 780 dollar/unsiya təşkil edir.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

“Anglo-Asian Mining Plc.” Şirkəti ilin ilk yarısında istehsal etdiyi misin həcmi də önncəki ildən zəifdir. O, hesabat müddətində 1 283 ton mis  istehsal edib ki, öncəki ildən 4% azdır.

Mədən şirkətinin açıqlamasına görə, onun gümüş istehsalı isə ilin ilk yarsısında öncəi ildən 24% çox olub – 99 499 unsiya olub.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər