19 C
Baku
Sunday, May 5, 2024

Britaniya şirkəti 2029-cu ilədək Azərbaycanda yataqlardan əlvan metalların istehsalını 3.5 dəfə artırmağı planlaşdırır

Böyük Britaniyanın “Anglo Asian Mining Plc.” (AAM) şirkəti 2029-cu ilədək Azərbaycanda yataqlardan əlvan metalların istehsalının 3.5 dəfə artımını proqnozlaşdırır.

AAM şirkətin 2023-2028-ci illər üçün strateji inkişaf Planını hazırlayıb.

Bu plana əsasən, 2023-cü ildə şirkət tərəfindən Azərbaycanda əlvan metalların hasilatı qızıl ekvuvalentində 50 min unsiyadan 54 min unsiyaya qədər həcmdə, 2024-2025-ci illərdə – 70-75 min unsiya, 2026-207-ci illərdə – 115 min unsiya həcmində planlaşdırılır, 2028-ci ildə 175 min unsiyaya çatacaq. Beləliklə, 2023-2028-ci illər ərzində əlvan metalların istehsalı 3.2-3.5 dəfə artacaq.

“Bu dövrdə hasilatın artımı Azərbaycanda dörd yeni mədənin ardıcıl açılışı hesabına təmin ediləcək. Mis, enerjinin sıfır tullantılara keçməsi üçün ən vacib metal olaraq, 2026-cı ildən etibarən şirkətin əsas məhsulu olacağı gözlənilir. Strategiya, mis istehsalının şirkətin gəlirlərinə verdiyi töhfəni 2026-cı ildə qızıl istehsalından gələn töhfəni üstələyəcəyini nəzərdə tutur”, – AAM-nin saytında dərc olunan planda deyilir.

Həmçinin, şirkət gözləyir ki, 2023-2027-ci illərdə mis istehsalının ümumi dəyəri iki dəfə, 2029-cu ilədək 3 dəfə arta bilər.

Strategiya iki mərhələdən ibarətdir. I mərhələdə («Keçid dövrü») hazırda istismar olunan “Gədəbəy” və “Qədir” mədənlərində hasilat elə idarə olunacaq ki, istifadə müddəti başa çatana qədər onların istehsalı maksimuma çatdırılsın. Eyni zamanda, şirkət 2023-2025-ci illərdə üç yeni mədəni – Zəfər, Gilar və Xarxar – istifadəyə verməyi planlaşdırır. Zəfər yatağında mis, qızıl və sink, Gilar yatağında – mis və qızıl, Zarxar yatağında – mis hasilatı planlaşdırılır.

II mərhələyə («Transformasiya») Qaradağ mədənin inkişafı və mis hasilatı başlamaq daxildir. AAM-nin qiymətləndirmələrinə görə, Qaradağ 300 min tondan çox mis istehsal etmək potensialına malikdir. Şirkıtin proqnozuna görə, Qaradağ mədənində hasilat 2028-ci ilə başalyacaq.

AAM-nin məlumatına əssaən, martın 31-də Bakı vaxtı ilə saat 13:00-da şirkət investorlar üçün Startegiyanın onlayn təqdimatını keçirəcək.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.

PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

2022-ci ildə AAM Azərbaycanda 43.114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11.4% – İF), 182.046 min unsiya gümüş (artım 17.8%) və 2.516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1.783 min olan 34.918 min unsiya qızıl külçə (azalma 11.7%) satılıb.

2023-cü ildə “Anglo Asian Mining” qızıl hasilatını 30-32 min unsiya planlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər