Böyük Britaniyanın Azərbaycandakı mis, qızıl və gümüş hasilatçısı olan “Anglo Asian Mining PLC” mədən şirkəti ölkədəki mədənləri 2009-cu ildən bu yana ümumilikdə 1 milyon qızıl bərabərində istehsalını keçib. Hazırda 1 unsiya qızıl 5 184 dollardır.
Banker.az xəbər verir ki, 2009-cu ildən Gedəbəydə açıq mədən vasitəsilə qızıl və gümüş istehsalına başlayan şirkət, 2025-ci ildə Gilar yeraltı qızıl və mis mədəni ilə Demirli açıq mədənini istehsala daxil edərək çoxsahəli istehsalçıya çevrilib.
Bu günə qədər ümumi istehsal təxminən 851 000 unsiya qızıl, 1,9 milyon unsiya gümüş və 30 000 tondan çox mis təşkil edib.
“Anglo Asian” şirkəti bildirir ki, 2026-cı il mis istehsalının üç dəfə artacağı, “Gilar” və “Demirli” mədənlərindən əlavə istehsalın gələcəyi bir il olacaq.






