18 C
Baku
Sunday, September 8, 2024

Britaniya şirkəti sıfır karbon emissiyası ilə ilk transatlantik uçuşu həyata keçirəcək

Britaniyanın “Virgin Atlantic” şirkəti 2023-cü ildə sıfır karbon emissiyası statusu ilə ilk transatlantik uçuşunu həyata keçirə bilər. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Reysə “Boeing-787” təyyarəsi çıxacaq. Təyyarə Hitroudan Con Kennedi aeroportuna gedəcək.

Uçuşda kənd və meşə təsərrüfatları tullantısından istehsal edilən və ekoloji cəhətdən təmiz aviasiya yanacağından istifadə olunacaq. Bu, klassik yanacaq materialına nisbətən 70 faiz daha az karbon emissiyası yaradır.

Sıfır karbon emissiyalı statusunda ilk uçuş 2021-ci ilin sentyabrında “British Airways” tərəfindən həyata keçirilib. O zaman təyyarə Londondan Qlazqoya uçdu, səyahət müddəti bir saatdan az oldu. Londondan Nyu-Yorka uçuş müddəti təxminən səkkiz saat yarımdır.

Britaniyanın aviasiya təhlükəsizliyi qaydaları təyyarələri 50 faizdən çox olmayaraq yeni yanacaq növü ilə doldurmağa icazə verir. Böyük Britaniya hökuməti bu uçuş üçün istisna edib və yaşıl texnologiyaların dəstəklənməsi çərçivəsində aviaşirkətə 1 milyon funt sterlinq (təxminən 1,2 milyon dollar) ayırıb. Ölkənin aviasiya sənayesi 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirmək strategiyası kontekstində yeni yanacaq növünə ümid edir. Bu, aviasiya kerosini ilə müqayisədə “yaşıl” yanacağın daha yüksək qiyməti və onun istehsalının kiçik həcmi ilə çətinləşir. Hesablamalara görə, 2050-ci ilə qədər daşıyıcıların ildə azı 450 milyard litr təmiz yanacağa ehtiyacı olacaq, halbuki 2021-ci ildə onun ümumi istehsal həcmi 100 milyon litr təşkil edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər