12 C
Baku
Saturday, November 23, 2024

Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı 33%-ə yaxın azalıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti 2023-ci ilin birinci rübündə 6.741 unsiya qızıl hasil edib. Bu isə 2021-ci illə müqayisədə 32.8% azdır.

Bu barədə şirkətdən bildirilib. Qeyd olunub ki, 2021-ci ildə şirkət 10.040 unsiya qızıl istehsal edə bilmişdi.

“Anglo Asian Mining” bu dövrdə 22.566 unsiya gümüş və 847 ton mis hasil edə bilib. Başqa sözlə, gümüş istehsalı 2.2 dəfə azaldığı halda, mis istehsalı 49% artıb.

Bu ilin birinci rübündə mədən şirkətinin külçə qızıl satışı 24% azalaraq 5.719 unsiyaya, qızılın orta satış qiyməti 0.5% azalaraq 1.895 dollar təşkil edib. 2022-ci ilin I rübündə “Anglo Asian Mining” 7.519 unsiya qızıl satıb və orta satış qiyməti 1.904 ABŞ dollarına bərabər olub.

Şirkətin nağd vəsaitlərinin həcmi vəsaitlərinin həcmi 47.8% azalaraq 31 mart 2023-ci il tarixinə 10.7 milyon dollara (ötən ilin sonuna 20.5 milyon dollar) enib.

31 mart 2023-ci il tarixinə “Anglo-Asian Mining”in 9.6 milyon ABŞ dolları dəyərində qızıl və mis ehtiyatı yaranıb. Şirkət həmçinin, bu ilin yanvar və fevral aylarında “Libero Copper” mədən şirkətinə 0.6 milyon dollar əlavə investisiya edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər