7 C
Baku
Thursday, December 12, 2024

Britaniya şirkəti Azərbaycanda filial açıb

Britaniya şirkəti olan “London Fluid System Technologies Limited” Azərbaycanda filial açıb.

Banker.az-a daxil olmuş məlumata görə, şirkətin təmsilçisi Əliyev Firuz Telman oğludur.

Yeni açılacaq bu filial Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov ev 9 m 30 ünvanında yerləşəcək.

Bildirək ki, “London Fluid System Technologies Limited” şirkəti 28 iyun 2000-ci ildə “Hertfordshire”-də yerləşən qeydiyyat idarəsi ilə birləşdirilmiş fəal şirkətdir. Şirkət başqa yerlərdə təsnif olunmayan digər hazır metal məmulatların istehsalı ilə məşğuldur. 28 iyun 2018-ci il tarixində təqdim olunmuş son sənədə əsasən, hazırda bir direktor və bir katib var.

Son xəbərlər
Digər xəbərlər