4 C
Baku
Monday, January 13, 2025

Britaniya süni intellektə 14 mlrd. funtluq investisiya qoymağı planlaşdırır

Böyük Britaniya hökuməti iqtisadi artımı sürətləndirmək və ictimai xidmətlərin effektivliyini artırmaq üçün süni intellektin (AI) ölkə üzrə geniş tətbiqini həyata keçirməyi planlayır.

Bu gün elan olunacaq süni intellekt imkanları fəaliyyət planı çərçivəsində aparıcı texnologiya şirkətləri müxtəlif layihələrə 14 milyard funt sterlinq sərmayə qoymaq öhdəliyi götürüb.

Hökumət bu layihələrlə 13 min 250 yeni iş yeri qurulacağını bildirib. Plan çərçivəsində inkişaf zonalarının yaradılması nəzərdə tutulur və süni intellekt texnologiyasının yol problemi kimi məsələlərin həllinə dəstək vermək üçün istifadə olunacağı vurğulanır.

Hökumət süni intellekt üzrə məsləhətçi Matt Klifforda süni intellektin inkişafını dəstəkləmək və onun ictimai xidmətlərdə tətbiqi üçün fəaliyyət planı hazırlamaq vəzifəsini həvalə edib. O, 50 tövsiyə hazırlayıb və bu tövsiyələrin artıq həyata keçirilməyə başladığı bildirilib. Bu tövsiyələr arasında Böyük Britaniyada hesablama gücünü artırmaq üçün yeni superkompüterə sərmayə qoymaq da yer alır.

Baş nazir Kir Starmer bildirib ki, süni intellekt ölkədə inanılmaz dəyişikliklərə səbəb olacaq və əmək qüvvəsinin həyatını dəyişdirmək potensialına malikdir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər