32 C
Baku
Tuesday, July 16, 2024

Britaniya ticarət sazişi bağlamadan Aİ-dən çıxsa $47,5 mlrd dəbbə pulu ödəyəcək

Böyük Britaniya “Brexit” üzrə danışıqlarda ticarət razılaşması barədə razılığa gələ bilməyəcəyi təqdirdə Avropa İttifaqından (Aİ) çıxmağa görə 36 milyard funt sterlinqə qədər (47,5 milyard dollar) dəbbə pulu ödəməli olacaq.

Banker.az Report-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Birləşmiş Krallığın maliyyə Naziri Filip Xammonda istinadən “Tha Daily Telegraph” nəşri yazıb.

Məlumata görə, nazir çərşənbə axşamı Nazirlər Kabinetinin iclasında bildirib ki, Böyük Britaniya ticarət sazişi imzalanmadan Aİ-dən çıxacağı təqdirdə yalnız 3-9 mlrd funt sterlinq (4-11,9 mlrd. dollar) qənaət etmiş olacaq.

Bundan əvvəl Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə “Brexit” üzrə danışıqlardakı əsas əngəllərdən birini təşkil edən İrlandiya sərhədinə dair yeni təklif vermək şərtindən vaz keçib.

Son xəbərlər
Digər xəbərlər