22 C
Baku
Saturday, July 13, 2024

Britaniya “Tinkoff”un təsisçisinə qarşı sanksiyaları ləğv edib

Böyük Britaniya rusiyalı iş adamı, Tinkoff Bankın təsisçisi Oleq Tinkova qarşı sanksiyaları ləğv edib.

Bu barədə Britaniya Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə bildirilib

Britaniya hökumətinin bu qərarının səbəbləri açıqlanmayıb.

Mart ayında Bloomberg Tinkovun sanksiyalar siyahısından çıxarılması xahişi ilə Britaniya Xarici İşlər Nazirliyinə rəsmi müraciət etdiyi barədə məlumat yaymışdı.

İş adamı açıqlamasında Britaniya hökumətinin Kremli dəstəkləyən və Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına töhfə verən şəxslərə qarşı sanksiyalar tətbiq etmək qərarı ilə razılaşdığını qeyd edib.

Qeyd edək ki, Rusiya Federasiyasını tərk edən Oleq Tinkov Moskvanın Ukraynaya qarşı müharibəni pisləyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər