Britaniya Türkiyəyə yeni səfir təyin edib.
Bu barədə Britaniya XİN məlumat yayıb.
Bildirilib ki, Cill Morris səfir postunda diplomatik xidmətini bitirərək təqaüdə gedəcək Dominik Çilkottu əvəz edəcək.
Cill Morris öz vəzifəsinin icrasına 2023-cü ilin yanvarında başlayacaq.
Qeyd edək ki, Cill Morris Britaniyanın Türkiyəyə təyin etdiyi ilk qadın səfirdir.