9 C
Baku
Monday, December 9, 2024

Britaniya Ukrayna, Suriya və Şərqi Afrikaya $43 milyon yardım ayırıb

Böyük Britaniya Ukrayna, Suriya və Şərqi Afrikaya yardım üçün 36 milyon funt sterlinq (43.2 milyon dollar) göndərəcək.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu məbləğin 15 milyon funt sterlinqi (18.3 milyon dollar) ukaraynalı qaçıqnların dəstəklənməsinə yönəldiləcək.

Yardım münaqişə zəminində evlərini tərk etmiş uşaqlar, qocalar və əlillər üçün nəzərdə tutulub.

48 milyon insanın qida çatışmazlığı səbəbindən artan risk altında olduğu Şərqi Afrikaya dəstək üçün isə 14 milyon funt sterlinq (16.8 milyon dollar) ayrılıb. Əsas vəsait Somali, Efiopiya, Sudana yönləndiriləcək.

7 milyon funt sterlinq (8.4 milyon dollar) Livandakı vətəndaş müharibəsindən əziyət çəkən suriyalı qaçqınlara kömək üçün ayırılacaq.

Bu vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramına yönləndiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər