12 C
Baku
Wednesday, November 20, 2024

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər almaq niyyətindədir

Böyük Britaniya hakimiyyəti Ukraynaya Dəstək Fondu çərçivəsində Kiyev üçün uzaqmənzilli raketlər və digər hərbi texnika almaq niyyətindədir.

Bu barədə Ukraynanın “Klymenko Time” qəzeti yazıb.

Qeyd olunub ki, zərbə sistemləri üçün əsas tələblər 20-dən 490 kq-a qədər yüklə və 100-dən 300 km-ə qədər uçuş məsafəsi ilə qurudan və dənizdən raketlərin buraxılması qabiliyyətidir.

Məlumatda bildirilib ki, hazırda Ukraynaya Dəstək Fondunun ümumi dəyəri 520 milyon funt-sterlinqdən (650 milyon ABŞ dollarından çox – Red) çoxdur.

Son xəbərlər
Digər xəbərlər