16 C
Baku
Cümə, May 20, 2022

Britaniya Ukraynanı zirehli texnika ilə təmin edəcək

Britaniya hakimiyyəti Ukraynanı silah, o cümlədən zirehli texnika ilə təmin etməyə davam edəcək.

Bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra yayılan bəyanatda deyilir.

Baş nazir bildirib ki, o, Ukraynanın gələcək həftələr və aylar ərzində öz suverenliyini müdafiə edə bilməsi üçün müttəfiqləri və tərəfdaşları ilə yaxından işləməyə davam edəcək.

“Boris Conson prezident Zelenskiyə Böyük Britaniyanın Rusiyaya qarşı keçən həftə qüvvəyə minmiş yeni sanksiyaları barədə məlumat verib və bildirib ki, Böyük Britaniya Ukraynaya müdafiə üçün lazım olan vasitələri, o cümlədən zirehli texnikanı yaxın günlərdə çatdırmağa davam edəcək”-, məlumatda deyilir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər