13 C
Baku
Friday, November 22, 2024

Britaniya Ukraynanın enerji infrastrukturunun bərpasına vəsait ayıracaq

Böyük Britaniya Ukraynada enerji infrastrukturu obyektlərinin bərpası üçün 10 milyon funt sterlinq (11.8 milyon ABŞ dolları – Red) ayıracaq.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bazar ertəsi axşam yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, vəsait Ukraynanın Beynəlxalq Enerji Dəstəyi Fondunda paylanacaq. Təyin olunmuş məbləğin yarısı çox yaxın vaxtlarda Ukrayna hakimiyyətinin sərəncamına veriləcək.

Bundan əlavə, Böyük Britaniya son həftələrdə 850-dən çox generator almaq üçün 7 milyon funt sterlinq (8.2 milyon ABŞ dolları – Red) və Ukraynada mülki nüvə sənayesini təmin etmək üçün 5 milyon funt-sterlinq (5.8 milyon ABŞ dolları – Red) xərcləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər