Böyük Britaniya müdafiə ehtiyacları üçün Ukraynaya əlavə olaraq 325 milyon funt-sterlinq verəcək.
Bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsinin müavini Ceyms Kariuki bildirib.
Bundan əvvəl Britaniya Ukraynaya 10 minə qədər pilotsuz təyyarə tədarük etməyi planlaşdırdığını açıqlamışdı.
Qeyd edilib ki, Böyük Britaniya Müdafiə Nazirliyi 2012-ci ildən bəri hərbi satınalmalar üçün ən böyük vəsait çatışmazlığını yaşayır.