25 C
Baku
Friday, April 19, 2024

Britaniya Ukraynaya $1.2 mlrd. hərbi yardım ayıracaq

Böyük Britaniya hökuməti Ukraynaya əlavə bir milyard funt-sterlinq (və ya 1.2 milyard dollar) hərbi yardım elan edib. Yeni yardım paketinə pilotsuz təyyarələr, həmçinin hava hücumundan müdafiə sistemləri və elektron avadanlıqlar daxil olacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Məlumata görə, Böyük Britaniyanın Ukraynaya fevralın 24-dən sonra ayırdığı hərbi yardımın məbləği 2.3 milyard funt-sterlinqə (2.8 milyard dollar) çatıb. Böyük Britaniyanın baş nazirinin ofisi qeyd edib ki, Ukraynaya yalnız ABŞ daha çox hərbi yardım göndərib.

Ukraynaya yeni silahların, o cümlədən hava hücumundan müdafiə vasitələrinin tədarükü ilə bağlı danışıqlar iyunun 17-də Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfəri zamanı aparılıb. Sonra Boris Consonun ofisi bildirib ki, Böyük Britaniya dörd ay ərzində 10 min Ukrayna əsgərinə təlim keçmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər