24 C
Baku
Friday, June 28, 2024

Britaniya Ukraynaya 286 mln. avroluq yardım paketi açıqlayıb

İtaliyada keçiriləcək G7 sammitində Böyük Britaniyanın Baş naziri Rişi Sunak təcili humanitar və enerji ehtiyacları üçün Ukraynaya 242 milyon funt sterlinq (286.4 milyon avro) ayrılacağını elan edəcək. Britaniya hökumətinin fikrincə, Baş nazirin sammitdə prioriteti Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsi olacaq.

Rişi Sunak deyib ki, müttəfiqlər döyüşlərə son qoymaq üçün qətiyyətli olmalıdırlar. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Böyük Britaniya, demək olar ki, 12.7 milyard funt-sterlinq hərbi, humanitar və iqtisadi yardım göstərib. Aprel ayında Rişi Sunak Ukraynaya təxminən 620 milyon dollar köçürəcəyini vəd edib ki, bu da Britaniya tarixində ən böyük hərbi yardım paketi olacaq.

İyunun 13-14-də keçiriləcək G7 sammiti ərəfəsində assosiasiya liderləri Ukraynaya kredit şəklində 50 milyard dollar ayrılması barədə razılığa gəliblər ki, bu da Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək. Vəsaitin 2024-cü ilin sonuna qədər ayrılması planlaşdırılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər