22 C
Baku
Friday, April 19, 2024

Britaniya Ukraynaya 311 milyon dollar yardım edəcək

Böyük Britaniya hökuməti döyüş sursatlarının alınması və təchizat zəncirləri üçün Ukraynaya 245 milyon funt-sterlinq (təxminən 311 milyon dollar) yardım paketi təqdim edəcəyini bildirib.

Bu barədə Britaniya hökumətin saytında yerləşdirilən press-relizdə deyilir:

“Böyük Britaniya gələn il ərzində Ukraynaya son dərəcə ehtiyac duyulan artilleriya sursatlarının istehsalı üçün 245 milyon funt sterlinq xərcləyəcək”.

Press-relizdə deyilir ki, yeni maliyyə paketi Ukraynanın artilleriya sursatları ehtiyatının artırılmasına kömək etmək üçün nəzərdə tutulub.

Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir.

Son xəbərlər
Digər xəbərlər