12 C
Baku
Wednesday, November 20, 2024

Britaniya Ukraynaya 600 milyon funt sterlinq dəyərində yardım elan edib

Böyük Britaniyanın xarici işlər naziri Ukraynaya ən azı 600 milyon funt sterlinq dəyərində dəstək elan edib.

Bu barədə Britaniya XİN məlumat yayıb.

Məlumatda bildirilir ki, Baş nazir Keir Starmer bu ilin əvvəlində lazım olan müddətdə Ukraynaya ildə 3 milyard funt-sterlinq hərbi dəstək verməyi öhdəsinə götürüb.

“Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmazdır. ABŞ-la yanaşı, biz Ukraynaya Rusiya qüvvələrinin hücumuna müqavimət göstərmək üçün lazım olan dəstəyi verməyə sadiqik. Onların azadlıq və demokratiya uğrunda mübarizəsi həm də Britaniyanın təhlükəsizliyi, Avropanın təhlükəsizliyi və qlobal təhlükəsizlik uğrundadır”, – XİN rəhbəri Devid Lammi bildirib.

Son xəbərlər
Digər xəbərlər