Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərib.
Bu barədə ölkənin xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
Onun sözlərinə görə, Rusiya ukraynalıların əzmini qıra və ABŞ-ın Ukraynanı dəstəkləməsinə mane ola bilməyəcək: “Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şəhərlərini tanklarla ələ keçirə bilmədi. İndi qorxaqcasına dron hücumlarına cəhd edir. Bunlar döyüş meydanında məğlub olan bir insanın çıxılmaz hərəkətləridir”.