8 C
Baku
Monday, November 18, 2024

Britaniya Ukraynaya nüvə yanacağı almaq üçün $245 mln. ayırır

Böyük Britaniyanın energetika naziri Qrant Şapps bildirib ki, ölkəsi Ukraynaya atom elektrik stansiyaları, o cümlədən nüvə yanacağı almaq üçün 245 milyon dollar ayıracaq, Banker. az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Bizim təmin edəcəyimiz bu zəmanət Ukraynaya gələcəkdə nüvə yanacağının Rusiyadan keçməməsinə kömək etməlidir. Bu pul yanacağın daha etibarlı mənbələrdən gəlməsini təmin edəcək”, – mesajda deyilir.

O əlavə edib ki, tədarükçülərdən biri mənzil-qərargahı Londonda yerləşən “Urenco” konsorsiumu olacaq.

 

Son xəbərlər
Digər xəbərlər