“Böyük Britaniya Rusiya ilə mümkün danışıqlardan əvvəl Ukraynanın mövqeyini gücləndirmək üçün səylər göstərir”.
Bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak İndoneziyada keçirilən G20 sammiti öncəsi deyib.
Onun sözlərinə görə, Rusiyanın ölkənin infrastrukturuna zərbələr endirməsi fonunda Ukraynanı danışıqlara sövq etmək vicdansızlıq olardı.
“Bizim işimiz Ukraynaya özünü müdafiə etməyə, danışıqlar yolu ilə həllə nail olmağı seçdikləri anda onlar üçün mümkün olan ən güclü mövqeyə gətirməyə davam etməkdir”-deyə, o bildirib.