25 C
Baku
Saturday, July 27, 2024

Britaniya Ukraynaya yeni raketlər verəcək

Böyük Britaniya hökuməti Ukraynaya ABŞ istehsalı olan NASAMS zenit-raket kompleksləri üçün raketlər verəcək.

Bu barədə The Times nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ ilin sonunadək Ukraynaya 2 NASAMS tədarük edəcək. Növbəti 6 kompleks isə gələn il çatdırılacaq. London isə Ukraynaya əlavə 18 haubitsa yollayacaq.

Rusiya ordusunun Ukraynanın enerji şəbəkəsinə zərbəsindən sonra Birləşmiş Krallıq Kiyevə NASAMS sistemləri üçün raket tədarük etməyi qərara alıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər