Britaniya Ukraynaya yeni raketlər verib

Britaniya Ukraynaya modernləşdirilmiş yüksək dəqiqlikli “Brimstone-2” raketlərini verib.

Bu barədə “Daily Telegraph” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, raketlər lazer tuşlama sistemi ilə təmin edilib. Bu da hədəfi daha dəqiq məhv etməyə imkan verir. “Brimstone-2” raketləri həm də zireh əleyhinə effektlidir.

Təyyarədən atılan raket 60 kilometrdəki məsafəni vura bilir. Bir raketin qiyməti 207 000 dollardır.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər