Britaniya müharibə kəskinləşəcəyi təqdirdə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri göndərmək qərarına gəlib.
Bu barədə Britaniya müdafiə naziri Ben Uolles məlumat verib.
O qeyd edib ki, bu qərar Rusiyanın Ukraynadakı məqsədlərinə çatmasını daha da çətinləşdirmək üçün verilib.
“Bu, uzaq mənzilli hava hücumundan müdafiə sistemi deyil, lakin bu, Rusiya təyyarələrinin şəhər ərazisində uçuş tapşırığını çətinləşdirəcək”, – deyə nazir bildirib.
Uolles Londonun Kiyevə Sovet istehsalı olan silahlar tədarük etmək imkanının olmadığını bildirib, lakin buna qərar verən digər ölkələrə dəstək verəcəyini vurğulayıb.