1 C
Baku
Saturday, December 14, 2024

Britaniya Ukraynaya yeni yardım paketi ayıracaq

Böyük Britaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində 100 milyon funt sterlinq (123 milyon dollar) dəyərində yeni paketi elan edəcək.

Bu barədə Krallığın müdafiə naziri Qrant Şapps bildirib.

Nazirin sözlərinə görə, yeni paketin təsdiqlənməsi barədə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu – “Ramşteyn formatı”nın növbəti görüşündə rəsmi şəkildə bəyan ediləcək.

Məlumatda o da deyilir ki, hərbi yardım paketinə ərazilərin minalardan təmizlənməsi, döyüş avtomobillərinə texniki qulluq üçün və digər təyinatlı bir sıra avadanlıqlar daxil olacaq.

Bundan əlavə, Böyük Britaniya Ukrayna Beynəlxalq Fondu (International Fund for Ukraine -IFU) vasitəsilə əldə edilmiş hava hücumundan müdafiə sistemlərinə dair növbəti müqavilələrin imzalanacağını da elan edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər