13 C
Baku
Saturday, November 23, 2024

Britaniya Ukraynaya yeni yardım paketi elan edib

Britaniya Ukraynaya yeni yardım paketini açıqlayıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

O bildirib ki, bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunakla danışıb: “Baş nazir mənə yarım milyard funt sterlinqlinq həcmdə müdafiə dəstəyi paketinin ayrılması barədə məlumat verdi. “Storm Shadow” və digər növ raketlər, yüzlərlə zirehli texnika və su gəmisi, döyüş sursatları – bütün bunlar Ukraynaya döyüş meydanında həqiqətən lazımdır”.

V.Zelenski buna görə R.Sunaka təşəkkür edib: “Mən Böyük Britaniyaya və şəxsən Baş nazirə bu cür güclü dəstəyə, eləcə də müdafiə sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyə, xüsusən də dəniz və uzaq mənzilli imkanlara diqqət yetirməyə hazır olduqlarına görə minnətdaram. Biz həmçinin Rusiyanın aktivlərinin müsadirəsi üçün effektiv modelin yaradılması zərurətini müzakirə etdik və İsveçrədə keçiriləcək Sülh Sammiti və Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitindən gözləntiləri bölüşdük”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər