Britaniya və Avstraliya arasında sərbəst ticarət müqaviləsi imzalanıb

Böyük Britaniya və Avstraliya arasında sərbəst ticarət müqaviləsi imzalanıb.

Bu barədə Britaniyanın Baş naziri Boris Consonun ofisi məlumat yayıb.

Müqavilənin əsas şərtləri B. Conson və Avstraliyanın Baş naziri Scott Morrison tərəfindən “Downing Street”də razılaşdırılıb.

Tarifsiz satış müqaviləsinə görə, Britaniya avtomobillərinin, şotland viskisinin və qənnadı məhsullarının satışı daha ucuz olacaq. Eyni zamanda, müqavilə gənclərə Avstraliyada yaşamaq və işləmək imkanı təqdim edir, mövcud olan maneələri aradan qaldırır.

B. Conson yeni sərbəst ticarət razılaşmasının biznes, istehlakçılar və gənclər üçün çox gözəl imkanlar açdığını bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.