4 C
Baku
Friday, March 29, 2024

Britaniya və Türk şirkətlərinin Azərbaycanda birgə lizinq biznesi 5 dəfə kiçililib

“Qafqaz Lizinq” ASC-nin 2018-ci il üzrə maliyyə hesabatı açıqlanıb.

Banker.az-ın xəbərinə görə, lizinq şirkətinin cəmi aktivləri 1 il ərzində 5 dəfəyə yaxın kiçilməklə 663 min. mnata yuvarlanıb. Bununla belə şirkətin cəmi kapitalı 656 min manat, cəmi öhdəlikləri isə 7 min manat təşkil edib.

“Qafqaz Lizinq”in cəmi 578 manat (2017-ci ildə bu 28,71 min manat idi),  əməliyyat gəlirləri 27 min manata yaxın, əməliyyat xrəcləri isə 85,2 min manat təşkil edib ki, bu da 58,27 min manatlıq əməliyyat zərəri ilə ili bitirməsi deməkdir.

Fövqaladə xərclər də çıxıldıqdan sonra Lizinq Şirkətinin zərəri 58,29 min manata qədər artıb. Bu öncəki ildə 52,28 min manatlıx xalis mənəət idi.

Xatırladaq ki, “Qafqaz Lizinq” şirkətinin nizamnamə kapitalı 660 min manat təşkil etməklə, səhmlərinə yarı-yarı iki əcnəbi şirkət – “NAB Holding A.Ş” (Türkiyə) və “Metin Limited” (Böyük Britaniya) adlı hüquqi şəxlər sahibdir.

Lizinq şirkətinin səhmdarları ötən il ərzindəki yığıncaqlarda nizamnamə kapitalını azalmalı olublar.

Son xəbərlər
Digər xəbərlər