10 C
Baku
Friday, December 13, 2024

Britaniya və Fransa dövlət başçıları Ruhanini Trampla görüşə təşviq ediblər

B.Samid. Britaniya baş naziri Boris Conson və Fransa prezidenti Emanuel Makron Həsən Ruhanini Donald Trampla görüş keçirməyə təşviq ediblər.

İran mətbuatına istinadla xəbər verilir ki, prezident Həsən Ruhani ötən gün BMT Baş Assambleyasının 74-cü toplantısı çərçivəsində Fransa, Britaniya və Almaniya dövlət başçıları ilə görüşüb.

Məlumata görə görüş zamanı Emanuel Makron və Boris Conson Həsən Ruhanidən ABŞ prezidentilə görüşməsini istəyiblər.

Lakin İran tərəfi belə bir görüşün baş tutmasını istisna edib və onun baş tutması üçün bütün sanksiyaların götürülməsini tələb edib.

Qeyd edək ki, üç Avropa dövləti bundan öncə verdikləri bəyanatda İrandan istəyiblər ki, nüvə sazişi danışıqlarına bu ölkənin raketlər proqramı və Yaxın Şərqdə təhlükəsizliyin bərpası məsələləri də daxil edilsin . İran bu tələbi qəti şəkildə rədd edib.

©Salamnews

Son xəbərlər
Digər xəbərlər