2 C
Baku
Saturday, December 14, 2024

Britaniya və İsrail müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Noyabrın 29-da Böyük Britaniya və İsrail arasında növbəti on il üçün müdafiə, kibertəhlükəsizlik, ticarət, elm və texnologiya mübadiləsi sahələrində strateji tərəfdaşlığa dair saziş imzalanacaq.

Bu barədə iki ölkənin xarici işlər nazirləri Elizabet Trass və Yair Lapidin Britaniyanın “The Daily Telegraph” qəzetində dərc olunmuş birgə məqaləsində deyilir.

“İsrail və Böyük Britaniyanın nümayəndələri bu gün Londonda toplanaraq kiberməkan, texnologiya, ticarət və müdafiə sahələrini əhatə edən növbəti onillik üçün yeni strateji planı razılaşdırmaqla yaxın dostluğumuzu daha da sıx tərəfdaşlığa çevirmək üçün irəliyə doğru böyük addım atacaqlar. Bu pakt dünyanı dəyişə biləcək texnoloji yeniliklərə gətirib çıxaracaq, hər iki ölkədə yüksək ixtisaslı iş yerləri mövcud olacaq və təhlükəsizlik qüvvələrimiz üçün yeni silahlar yaradacaq”, məqalədə deyilir.

Bildirilib ki, tərəflər kiberməkanda müdafiə məsələləri üzrə əməkdaşlığı intensivləşdirmək niyyətindədirlər:

“Tərəflər Böyük Britaniya və İsrail arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlara yeni təkan verməyi planlaşdırır. Ölkələrimiz iş yerləri yaratmaq və iqtisadiyyatları inkişaf etdirmək üçün daha çox şey edə bilər. Buna görə də biz, Böyük Britaniya və İsrail arasında unikal azad ticarət sazişi üzrə danışıqlara yol açacağıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər