Böyük Britaniya və Yaponiya baş nazirləri Rişi Sunakla Fumio Kişida ölkələrində qarşılıqlı şəkildə qüvvələr yerləşdirməyə imkan verən müdafiə ittifaqı yaradıblar.
Bu barədə Böyük Britaniya Baş naziri ofisinin rəsmi tviter hesabında məlumat dərc olunub.
Bu, həmçinin ölkələrə çətin prosedurlar olmadan birgə hərbi təlimlər keçirməyə imkan verir və müttəfiqlərin logistika sahəsində imkanlarını genişləndirir.
“Böyük Britaniya Hind-Sakit okean regionunda təhlükəsizlik və sabitliyə sadiqdir”, – məlumatda deyilir.
Yaponiya oxşar sənədi 2020-ci ildə Avstraliya ilə imzalayıb.