9 C
Baku
Monday, November 18, 2024

Britaniya XİN başçısı: “Rusiyanın Ukraynaya raket zərbələri endirməsi qəbuledilməzdir”

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Bu barədə C.Kleverli tviterdə yazıb.

O bildirib ki, tərəflər Britaniyanın Ukraynaya davam edən dəstəyi barədə fikir mübadiləsi aparıblar.

“Rusiyanın Ukraynanın mülki əhalisinin yaşadığı ərazilərə raket zərbələri endirməsi qəbuledilməzdir. Bu, Prezident Vladimir Putinin gücünün yox, zəifliyinin nümayişidir”, – Britaniya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər