3 C
Baku
Wednesday, February 28, 2024

Britaniya XİN: Putinin hədələri ciddi qarşılanmalıdır

Rusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğuran eskalasiya idi və onun hədələri ciddi qarşılanmalıdır.

Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan “Sky News“a açıqlamasında deyib:

“Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil – nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır”.

Nazir BBC-yə açıqlamasında isə bildirib ki, Rusiya daha əvvəl də bu cür təhdidlər səsləndirib.

“Bu ciddi təhdiddir, amma daha əvvəl də edilib”, – deyə Gilian Kiqan bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər