25 C
Baku
Thursday, June 12, 2025

Britaniya yeni atom elektrik stansiyasına £14,2 milyard sərmayə qoyur

Böyük Britaniya hökuməti Saffolkdakı “Sizewell C” atom elektrik stansiyasının tikintisinə 14,2 milyard funt sterlinq ayıracağını açıqlayıb.

Bildirilir ki, yeni elektrik stansiya Böyük Britaniyanın köhnə atom elektrik stansiyalarını əvəz etmək üçün lazımdır. Eyni zamanda, “Sizewell”in tikintisi 10 min iş yeri yaradacaq, elektrik stansiyasının özü isə 6 milyon evi enerji ilə təmin edə biləcək.

“Sizewell C” üçün tikinti sahəsi hələ 2010-cu ildə ayrılıb. Bununla belə, hökumət layihənin maliyyələşdirilməsini təmin etməkdə çətinlik çəkib. Layihənin əleyhdarları zavodun tikintisinin digər enerji layihələri ilə müqayisədə çox baha olacağını və yalnız qısamüddətli iş yerləri təmin edəcəyini iddia edirdilər.

Son xəbərlər
Digər xəbərlər