26 C
Baku
Saturday, July 27, 2024

Britaniyada 4 günlük iş həftəsinin sınağı başlayıb

Böyük Britaniyada dördgünlük iş həftəsinin sınağı başlayıb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Qeyd edək ki, daha əvvəl buna oxşar təcrübə İslandiyada dövlət işçiləri arasında olub.

Pilot layihə 6 iyun 2022-ci ildə başlayıb və 6 ay davam edəcək. Ümumilikdə sınaqda 70 şirkətdən olan 3300 işçi iştirak edəcək. Onlar müxtəlif sahələrdə çalışırlar – maliyyə xidmətləri, ictimai iaşə və digərləri.

Təcrübə zamanı işçilər müntəzəm maaşlarını alacaqlar, lakin “100% məhsuldarlıq göstərmək” vədi ilə həftədə yalnız dörd gün çalışacaqlar.

Proqram “4 Day Week Global” qeyri-kommersiya təşkilatı və “Autonomy” beyin mərkəzi tərəfindən Kembric, Oksford və Boston Kolleci universitetlərinin tədqiqatçıları ilə birgə həyata keçirilir.

Fortune qeyd edir ki, xüsusilə tədqiqatçılar yeni iş qrafikinin məhsuldarlıq səviyyələrinə, işçilərin yuxu rejiminə, stress səviyyələrinə və digər amillərə təsirini ölçəcəklər.

Bundan əvvəl 2015-2019-cu illərdə qısaldılmış iş həftəsi ilə bağlı dünyanın ən böyük eksperimenti İslandiyada keçirilib: burada müxtəlif sahələrdən 3000-ə yaxın dövlət qulluqçusu iştirak edib. Onun nəticələri müsbət qiymətləndirilib: məhsuldarlıq azalmayıb və insanlar özlərini daha xoşbəxt hiss etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər