2 C
Baku
Şənbə, Yanvar 22, 2022

Britaniyada 50 yaşdan yuxarı şəxslər üçüncü dəfə peyvənd oluna bilər

Böyük Britaniya höküməti ilin sonuna kimi koronavirusa yoluxanların sayında ciddi azalma əldə etmək üçün payızda, yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına yenidən peyvənd olunmağı təklif edəcək.

Bu barədə “Times” nəşri xəbər verir.

Qeyd olunub ki, hazırda İngiltərənin Baş həkimi Kris Uitin rəhbərliyi altında iki peyvənd sınaqdan keçirilir. Peyvəndlərdən biri xüsusilə koronavirusun yeni ştammlarına qarşı effektiv olacaq.

Xatırladaq ki, hazırda Britaniyada “BioNTech”/“Pfizer” və “AstraZeneca” preparatları ilə vaksinasiya aparılır.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər