30 C
Baku
Tuesday, July 22, 2025

Britaniyada 51 milyard dollar dəyərində AES-in tikintisi planlaşdırılır

Böyük Britaniya hökuməti 38 milyard funt sterlinq (51 milyard dollar) dəyərində “Sizewell C” atom elektrik stansiyasının (AES) tikintisinə icazə verib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Layihənin 44,5 %-i hökumətə, 20 %-i Kanadanın pensiya fondu “Caisse de Depot et Placement du Quebec”ə, 15 %-i “Cetrica Plc” enerji şirkətinə, 7,5 %-i “Amber Infrastructure Group Ltd” investisiya firmasına məxsus olacaq. Fransanın EDF şirkətinin layihədə payı 12,5 % təşkil edəcək.

Yeni AES-in tikintisi üçün borc vəsaitin əsas hissəsini Böyük Britaniyanın Milli Rifah Fondu təmin edəcək.

Yeni AES-in 6 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcəyi gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər