Böyük Britaniyanın Uitlsi şəhərində soyğunçular sentyabrın 29-da gecə saatlarında bankomatı oğurlamaq üçün texniki xidmət stansiyasına gəliblər.
Aparatı yerindən çıxarmağın heç də asan iş olmayacağını başa düşən oğrular texnikanın köməyindən yararlanıblar. Onlar qaldırıcı və evakuatora malik olublar, lakin planlarını həyata keçirməyə müvəffəq ola bilməyiblər.
Bankomatı yerindən çıxarmağa cəhd edən cinayətkarlar binanın yarısının dağılmasına səbəb olublar. Bundan sonra səsdən qorxaraq, cinayət törətdikləri yerdən uzaqlaşıblar. Bankomat isə dağıntılar altında qalıb.
[su_youtube url=”https://www.youtube.com/watch?v=HD8S1_NFBG0″]
http://salamnews.org/