Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının növbəti lideri və baş nazir olmaq üçün mübarizə aparacağını bəyan edib.
Rişi Sunak namizədliyini elan edən ən məşhur simadır. O, Baş nazir Boris Consona qarşı çıxanların önündə gedir. Rişhi Sunak Consonu vəzifədən getməyə səsləyərək, ona etimadsızlıq kimi vəzifəsindən istefaya çıxıb.
Baş nazir və Mühafizəkarlar Partiyasının lideri olmaq qərarını açıqlayan Sunak “etimadı bərpa etmək, iqtisadiyyatı dirçəltmək və ölkəni yenidən birləşdirmək” istədiyini bildirib.
Xatırladaq ki, Britaniyanın baş naziri Boris Conson bir nüçə gün öncə istefa verib. O, yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalmaq niyyətindədir.
Qeyd edək ki, Mühafizəkarlar partiyasından deputat Tom Tugendhat, baş prokuror Suella Braverman və keçmiş nazir Kemi Badenok da namizəd olmaq niyyətlərini açıqlayıblar.
Bu arada keçmiş xarici işlər naziri Ceremi Hant, müdafiə naziri Ben Uolles və keçmiş səhiyyə naziri Sacid Cavidin də liderliyə namizədliyini irəli sürmək fikrində olduqları bildirilir.
Keçmiş Brexit naziri Steve Baker liderliyə namizədliyini irəli sürmək fikrində olduğunu bildirsə də, təklifini geri götürüb və baş prokuror Bravermanı dəstəkləyib.
Seçki təqvimi gələn həftə təsdiqlənməlidir, yeni baş nazir sentyabrda vəzifəyə başlayacaq.