26 C
Baku
Saturday, July 27, 2024

Britaniyada dəmir yol işçilərinin son 30 ildə ən böyük tətili başlayıb

Böyük Britaniyada dəmir yolu işçilərinin son 30 ildə ən böyük tətili başlayıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Bildirilir ki, aksiyanın səbəbi həmkarlar ittifaqının idarəetmə şirkətlərinin dəmir yol işçilərinin iş şəraitinin dəyişdirilməsi planları ilə razılaşmaması olub.

Dəmiryolçular üç gün tətil etməyi planlaşdırırlar: 21, 23 və 25 iyun. Aksiyalarda 13 dəmir yolu şirkətindən, həmçinin dəmir yolu infrastrukturu operatoru “Network Rail”dən 40 min nəfər iştirak edəcək. Səbəb – modernləşdirmə prosesi çərçivəsində 5 min işçinin işdən çıxarılması, işçilərin əksəriyyətinin son iki-üç ildə maaşlarının artırılmaması, dəmir yolu şirkətlərinin iş həftəsini 35 saatdan 40 saata qədər artırmaq istəməsidir.

Son xəbərlər
Digər xəbərlər