7 C
Baku
Thursday, December 12, 2024

Britaniyada kriptovalyutalı debet kartı yaradılır

Londonda maliyyə texnologiyaları startapı London Block Exchange (LBX) birjasını və bütün Böyük Britaniya ərazisində insanlara kriptovalyuta xərcləməyə imkan verəcək xüsusi Dragoncard debet kartını işə salır.

Banker.az xəbər verir ki, LBX ölkədə kriptovalyuta kartı təklif edən ilk şirkətlərdən biridir. Visa ödəniş sistemindən olan debet kart tətbiqetmə ilə əlaqələndiriləcək ki, bu da LBX vasitəsilə kriptovalyuta almağa və saxlamağa imkan verəcək.

Şirkətin təsisçisi və rəhbəri, əvvəllər Credit Suisse-də işləmiş Ben Dives burada söhbətin Bitcoin, Ethereum, Ripple, Litecoin və Monero kimi kriptovalyutalardan getdiyini qeyd edib. Vəsaitləri funt sterlinqə konvertasiya etdikdən sonra hesabdan çıxarmaq mümkündür.

Platformada kriptovalyuta alışı və satışı üçün 0,5% komissiya haqqı nəzərdə tutulub. Bundan əlavə, Dragoncard üzrə ilkin yatırım 20 funtdur.

Son xəbərlər
Digər xəbərlər