12 C
Baku
Cümə axşamı, Dekabr 9, 2021

Britaniyada mobil telefonlardan dəmir pullar hazırlanacaq

Britaniyanın kral zərbxanası köhnə elektronika məhsullarından xammal kimi istifadə etməyi planlaşdırır.

Bu məqsədlə Uelsdə xüsusi müəssisə inşa olunacaq.

Yayılan məlumata görə, zavodda Kanadanın “Excir” startapının hazırladığı kimyəvi məhlullar vasitəsilə zibilliyə atılmış notbuk, smartfon və digər qadjetlərin mikrosxemlərində olan qızıl və gümüş maddələr çıxarılaraq, sikkələrin istehsalı üçün emal ediləcək.

Qeyd edək ki, son illərdə mikrosxemlərdən qiymətli metalların əldə olunması ideyası getdikcə populyarlaşır.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər
X