Böyük Britaniya ordusunun təcili yenidən əlavə vəsaitin ayrılmasına ehtiyacı var.
Bu barədə Britaniya silahlı qüvvələr naziri Ceyms Heppi parlamentdə deyib.
O bildirib ki, orduya onilliklər ərzində ardıcıl olaraq az investisiya qoyulub və bu səbəbdən ordu yenidən kapitallaşmaya təcili ehtiyac duyur.
Nazir qeyd edib ki, həm maliyyə naziri, həm də Baş nazir Rişi Sunak bunu başa düşür və bununla bağlı yeni büdcə açıqlanacaq.