-3 C
Baku
Sunday, December 15, 2024

Britaniyada qeyri-adi otel yaratdılar

Formula 1 yarış iştirakçılarının möhtəşəm avtobusundan 7 ulduzlu otel yaratmışlar. Turlar üçün nəzərdə tutulmuş bu avtobus amerikan şirkəti Nevel tərəfindən xüsusi olaraq Formula 1 yarışçısı Jak Vilnev üçün hazırlanmışdı. Ondan sonra 2003-cü ildən 2011-ci ilə qədər bu otelə Britaniya çempionu Censon Batton sahiblik etmişdir. Batton 2009-cu il mövsümü ərzində onunla bütün dünyaya səfər etmişdir.

Avtobus 500 at gücünə sahib 12 litrlik mühərriki ilə öyünə bilər. Bu mühərrik sayəsində o sürətini saatda 160 kilometrə çatdıra bilir.

İndi isə bu dəbdəbəli otel Icon Experience adlanır. O daxildən ən son model texnika ilə təchiz edilib. Burada 42 duymlu plazma televizor, amerikan tərzli mətbəz, qarderob, qızıl vanna sizin ixtiyarınızdadır.

Oteldə 4 nəfər istirahət edə bilər. Bu Böyük Britaniyada təkərlər üzərində olan ən böyük evdir. Qeyd edək ki, burada bir gecə keçirmək üçün sizə 13 000 dollar lazım olacaq. Və ən əsası isə oteli istədiyiniz yerə gətirəcəklər.

Təkərlər üzərində yerləşən bu oteldə istirahət etmək arzusunda olanları şampan ilə qarşılayacaqlar. Onlar üçün naharı isə məxsusi olaraq baş aşbaz hazırlayacaq. Ofisiant komandası isə 24 saat sizin xidmətinizdə olacaq. Həmçinin qonaqlar üçün limuzin və vertolyot da təşkil edilir.

Son xəbərlər
Digər xəbərlər